Moskva vilayətində şantaj və zorakılıq yolu ilə insanlardan pul qoparan polis qəsbkar dəstəsi ifşa edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qrupun tərkibində İkşanski polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi, iki əməliyyatçı və xəbərçi qismində çıxış edən bir qız var.
Dekabrın 11-də qız internetdə tanış olub və 24 yaşlı qurbanı görüşə çağıraraq aldadıb və o, dərhal əməliyyatçılar tərəfindən saxlanılıb. Onlar oğlanı döyərək üzərinə bir neçə qram narkotik maddə atıblar, sonra axtarış aparıblar və saxlayıblar.
Ortaqlar gəncdən 5 milyon rubl tələb edib və o qədər pulu olmayanda ona qarşı cinayət işi açıblar. Maraqlıdır ki, qəsbkarların həbsinə baxmayaraq, cinayət işi hələ də davam edir.
Məhz saxlanılan şəxsin ifadəsi sayəsində hədə-qorxu ilə pul tələb edənlərin ifşası mümkün olub. İstintaq müəyyən edib ki, dəstənin əməlindən daha bir neçə nəfər zərər çəkib. Məlumat verən qadının da narkotiklə yaxalandıqdan sonra mütəşəkkil cinayətkar qrupda işləməyə məcbur edildiyi bildirilir.
Vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların saxtalaşdırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra cinayət işi açılıb.