Sumqayıtda dəm qazından zəhərlənən 6 uşağın biri öldü
04 aprel 2026 14:07 (UTC +04:00)

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşağın biri öldü

0

Sumqayıtda çoxuşaqlı ailənin 6 övladının dəm qazından zəhərlənməsi barədə xəbər vermişdik.

Sumqayıt Tibb Mərkəzindən Lent.az-a bildirilib ki, aprelin 3-də saat 15 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2 yaşlı qızın aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-ü saat 05:10-da bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, azyaşlı aprelin 1-də saat 18:10-da dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilib və yaxınlarının yazılı iltizamına əsasən aprelin 4-də evə buraxılıb.

Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar