Xalq artisti  işdən çıxarıldı
04 aprel 2026 13:40 (UTC +04:00)

Xalq artisti işdən çıxarıldı

0

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, 12 martda baş tutan son çıxışından sonra teatrın direktoru onunla əmək müqaviləsini uzatmayıb:

“Bakıdakı son çıxışımdan sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Təkcə məni yox. İndi top meydançamızdadır. Tamaşaçılara çox maraqlı bir oyun vəd edirəm. Lakin qalib artıq məlumdur və bu, biz olacağıq”. 

Əvəz Abdullayev bildirib ki, işdən çıxarılması üçün heç bir səbəb göstərilməyib: “Sadəcə illik müqavilə yenilənmədi. Bundan başqa, digər solistlərə qarşı da təzyiqlər var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar