OnlyFans modeli Sofi Reynin açıqlamaları futbol dünyasında şok dalğaları yaradıb. “Real”ın braziliyalı ulduz Vinisius Juniora qarşı iddialar tezliklə geniş yayılıb.
Lent.az-ın xarici mediaua istinadən xəbərinə görə, Sofi Reyn iddia edib ki, Vinisius ona mesaj yazıb və onu bir məclisə dəvət edib.

"Vinisius mənə mesaj yazıb və onunla yatmağımı istəyib", - Reyn bildirib.
Reynn, əyləncəyə qatıla bilməməsinin səbəbinin onun ləğv edilməsi ilə izah edib. O, ləğvin futbol proqramı və "Qızıl top" mükafatının təqdimetmə prosesi ilə əlaqəli ola biləcəyini irəli sürüb.

Sofi Reyn bu yaxınlarda ən böyük abunəçisinin ona 4,5 milyon dollardan çox pul xərcləyən “Arsenal”ın isveçli hücumçusu Viktor Qyökereşin olduğunu iddia edib.

Bu iddialar tez bir zamanda sosial mediada yayılıb və futbol dünyasında ajiotaj yaradıb. Heç bir tərəf iddialarla bağlı rəsmi açıqlama verməyib.