Silahlı hücumda 3 nəfəri öldürdülər:  biri azərbaycanlı olmaqla, 13 nəfər  TUTULDU
04 aprel 2026 11:05 (UTC +04:00)

Silahlı hücumda 3 nəfəri öldürdülər: biri azərbaycanlı olmaqla, 13 nəfər TUTULDU

0

Türkiyədə əyləncə məkanına silahlı hücumla bağlı 13 nəfər saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib.

Naməlum şəxslərin əyləncə məkanına silahlı hücumu zamanı obyektin icarədarı 42 yaşlı Volkan Berberoğlu, 49 yaşlı Cem Özer və təqaüddə olan polis Talib Çakır aldıqları xəsarətlərdən xəstəxanada ölüblər.

Hadisədən sonra polislər şəhərdəki 91 təhlükəsizlik kamerasına baxıblar. Məlum olub ki, cinayətkarlar hadisədən əvvəlki 5 gün ərzində əraziyə gələrək kəşfiyyat aparıblar.

Əldə olunan məlumatlar əsasında keçirilən ilk əməliyyat zamanı biri azərbaycanlı olmaqla 9 nəfər saxlanılıb. Davam edən araşdırma nəticəsində isə daha 4 nəfər də saxlanılıb. Məhkəmənin qərarı ilə onlardan 8-i həbs edilib. 3-cü ev dustaqlığına buraxılıb, 2-nin isə ölkədən çıxışına qadağa qoyulub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar