Sumqayıt avtomobilin vurduğu məktəblinin kimliyi bilinib.
Lent.az xəbər verir ki, mərhum 9 yaşlı Məmmədov Mehdi Şahin oğludur. Onun orta məktəbin 3-cü sinfində təhsil aldığı bildirilir.
Məlumata görə, azyaşlı dərsdən çıxıb evə gedirmiş. Bu zaman yük maşını onu vurub. Nəticədə azyaşlı yerindəcə keçinib.
Araşdırma aparılır.
***
13:40
Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.