Sumqayıtda maşın aşıb, 12 yaşlı uşaq ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan 12 yaşlı oğlan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.