Polis taksi sürücülərinə qarşı dələduzluq edən şəxsi yaxaladı
Xızı RPŞ-nin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.a-a verilən məlumata görə vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə 630 manat bir, 55 manat bir və 40 manat-da bir ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində İXM-nin müvafiq maddəsilə protokol tərtib olunub.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyi
Taksi sürücülərini belə aldatdı
Oxşar yazılar
Sumqayıtda QƏZA: Ölən və yaralanan var
18 iyun 2025 , 01:18
Şəmkirdə yeniyetmə oğlan 5-ci mərtəbədən yıxıldı
17 iyun 2025 , 19:49
Vəkil tanışını öldürüb sobada yandırdı
17 iyun 2025 , 19:46
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə verib
17 iyun 2025 , 19:16
Qeysəriyyə əməliyyatı zamanı qadınları zorlayan həkimə hökm oxundu
17 iyun 2025 , 19:07
“Gazanc Tiktok” saxlanıldı - POLİS ŞİKAYƏTÇİLƏRİ AXTARIR
17 iyun 2025 , 17:43
Bu rayonlara yeni prokurorlar TƏYİN EDİLDİ
17 iyun 2025 , 17:00