İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Talış kəndi
Talış kəndinə gizli getmək istəyi baş tutmadı - FOTO
Oxşar yazılar

İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26
64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20