Elçin Əhmədov
19 oktyabr 2021 11:45 (UTC +04:00)

Elçin Əhmədov

Təhsil Nazirliyinin "əməkdaşı" tutuldu

Şamaxıda özünü nazirlik işçisi kimi təqdim edib vətəndaşların pulunu mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şamaxı rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.

Müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədənin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 2244
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20