Bakıda onlayn qumar oynayan cərimələnib.
Lent.az-ın məlumatına görə, onlayn platformalarda qumar oynayan 38 yaşlı Pərviz Hümbətov (ad və soyad şərtidir) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsilə protokol tərtib olunub.
Məlumata görə, Pərviz sonuncu dəfə Nərimanov rayonu ərazisində bir neçə sayta daxil olaraq, qumar oynayıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, həmin saytların reklamları qarşısına çıxıb və pula ehtiyacı olduğu üçün diqqətini çəkib. O, həmçinin əməlindən peşman olduğunu da bildirib.
Nərimanov rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə Pərvizin həmin saytlardan qazandığı 600 manat müsadirə olunub. Bundan əlavə ona 3000 manat məbləğində cərimə təyin olunub.