Telman İsmayılovun mühafizəçisinə HÖKM OXUNDU
19 sentyabr 2025 10:46 (UTC +04:00)

Telman İsmayılovun mühafizəçisinə HÖKM OXUNDU

0

Telman İsmayılovun mühafizəçisi Tarxan Eldukayevə hökm oxunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, 1996-cı ildə iş adamı Tair Qurşumovun qətlində və onun qardaşı Telman Qurşumova sui-qəsddə ittiham olunub. 2006-cı ildə müğənni Avraam Russoya qarşı sui-qəsd işi üzrə isə bəraət qazanıb. Moskva məhkəməsi Eldukayevi 14 il yarım müddətinə həbsxanada cəza çəkməyə məhkum edib.

Baş Prokurorluğun məlumatına görə, 1996-cı ilin dekabr ayında Çerkizov bazarında torpaq sahələrini icarəyə götürən sahibkarlar Tair Qurşumov və Telman İsmayılov arasında maliyyə məsələlərinə görə münaqişə yaranıb. İsmayılov şəxsi mühafizəçisi Eldukayevə pul qarşılığında Qurşumovu və onun yanında olan şəxsləri aradan götürəcək adamlar tapmağı tapşırıb.

1996-cı il dekabrın 23-də naməlum şəxs Moskvadakı Şçerbakovskaya küçəsindəki binanın girişində Qurşumov qardaşlarına bir neçə dəfə tapançadan atəş açıb. Zərərçəkənlərdən biri ağır yaralanıb, digəri isə hadisə yerində ölüb.

İnterpol xətti ilə axtarışda olan İsmayılov və digər cinayət ortaqları barəsində istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar