Təmir sexi içindəki maşınla yanıb kül oldu
10 noyabr 2021 12:57 (UTC +04:00)

Təmir sexi içindəki maşınla yanıb kül oldu

Lənkəranda avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 350 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələri satışı mağazası və çayxana) avtomobil təmiri sexinin lambirindən ibarət tavanı 70 m² sahədə yanıb. Yanğının təsirindəniçərisində təmirə dayanan “VAZ” və “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri də alışıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

 

# 1503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar