Tərtərdə yanvarın 9-da dəm qazından zəhərlənən qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Famil Qulami küçəsindəki evlərin birində qeydə alınıb.
53 yaşlı Əzimov Müşviq Əsəd oğlu və anası 71 yaşlı Əzimova Sahibə Salman qızı yaşadıqları evdə sobadan sızan dəm qazından zəhərləniblər. Nəticədə Müşviq Əzimov ölüb, anası isə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, S. Əzimovanın da həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.