Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
09 may 2025 18:43 (UTC +04:00)

Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var

Tərtərdə ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sarıcalı kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota Prius" toqquşub.

Nəticədə Tərtər rayon Cəmilli kənd sakinləri, 64 yaşlı Şabanov Eldar Əli oğlu, 39 yaşlı Şahbazov Elməddin Eldəniz oğlu, 62 yaşlı Şabanov Elxan Əli oğlu və 70 yaşlı Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar