Tərtərdə mina partlayışı -  Yaralanan var   - YENİLƏNİB
05 noyabr 2023 14:06 (UTC +04:00)

Tərtərdə mina partlayışı - Yaralanan var - YENİLƏNİB

Noyabrın 5-də Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 63 yaşlı Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.



***

12:38

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Araşdırma aparılır.

Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq.

# 4455
avatar

Oxşar yazılar