Tiktokda   dələduzluq edən TUTULDU
16 may 2025 09:32 (UTC +04:00)

Tiktokda dələduzluq edən TUTULDU

İsmayıllı sakinlərinə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.

O,”TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirib. 

Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar