Yevlaxda iki yük avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "TIR" daş yüklü avtomobilə çırpılıb. Hadisə nəticəsində "TIR"-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.