Tovuzda avtomobil aşıb, 3 nəfər  xəsarət alıb
29 aprel 2026 05:26 (UTC +04:00)

Tovuzda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

0

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, qəza Dondar Quşçu kəndində qeydə alınıb. Belə ki, Tural Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq kəndin girişindəki divara çırpılıb.

Hadisə nəticəsində sürücü, 43 yaşlı Şuşa şəhər sakini Tural Mustafayev, sərnişinlər – 28 yaşlı Tovuz rayon sakini Elşən Nəzərov və 50 yaşlı Şəmkir rayon sakini Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Təcili Tibbi Yardım vasitəsilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar