Bakıda yaşayış binasında yanğın: 87 yaşlı qadının  meyiti tapıldı-VİDEO
29 aprel 2026 00:04 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın: 87 yaşlı qadının meyiti tapıldı-VİDEO

0

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.

Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar