Tovuzda qəza
28 avqust 2022 19:50 (UTC +04:00)

Tovuzda qəza

Tovuzda dəhşətli qəza-FOTO-YENİLƏNİB

Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Qəzada ölən azyaşlının kimliyi də məlum olub. Qəza zamanı "VAZ 2107" markalı minik avtomoblinin sərnişini 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu hadisə yerində ölüb.

***

saat 14.02

Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, bir azyaşlı hadisə yerində ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

# 5547
avatar

Oxşar yazılar