Tovuzda kütləvi dava  və qəza- Yaralılar var
11 iyun 2023 14:31 (UTC +04:00)

Tovuzda kütləvi dava və qəza- Yaralılar var

Tovuzda kütləvi dava olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Tovuzda gecə saatlarında da fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib.

Tovuzda iki nəfər arasında yarana mübahisə kütləvi davaya çevrilib. Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal bıçaq zərbələri alıb, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər. KİA markalı minik maşını yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb. Nəticədə rayonun Qaziqulu kənd sakini sürücü 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz-Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara da ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

# 2850
avatar

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00