Türkiyə millisinin keçmiş oyunçusu qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı
24 yanvar 2026 09:25 (UTC +04:00)

Türkiyə millisinin keçmiş oyunçusu qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı

0

Türkiyədə azərbaycanlı sürücünün yük avtomobilinə motosikletlə çırpılan idmançı həlak olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun rayonunun Tekkeköy qəsəbəsində baş verib.

25 yaşlı Umut Can Turan kuryerlik etdiyi motosikletlə işdən evə qayıdarkən yolun sağında dayanan Azərbaycan dövlət qeydiyyat nişanlı TIR-a çırpılıb. Xəstəxanaya yerləşdirilən gənc orada ölüb.

Hadisə ilə bağlı azərbaycanlı sürücü Nadir Salmanov ifadə vermək üçün saxlanılaraq, polis şöbəsinə aparılıb.

Məlum olub ki, mərhum Umut Can Turan milli komandada oynayan keçmiş bamintonçudur. O, bir müddət əvvəl idmandan ayrılıb və dolanışıq üçün kuryerlik edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar