Türkiyə vətəndaşı Bakı-Qazax yolunda qəza törətdi
08 sentyabr 2025 12:13 (UTC +04:00)

Türkiyə vətəndaşı Bakı-Qazax yolunda qəza törətdi

0

Sentyabrın 7-də saat 16:30 radələrində Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, ilkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilini idarə edən 23 yaşlı Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.

Qəza nəticəsində sürücü yüngül yaralanıb. İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.

Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir.

Unutmayın: qaydalara əməl etməklə siz yalnız özünüzü deyil, digər hərəkət iştirakçılarının da həyatını qoruyursunuz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar