Türkiyədə azərbaycanlı qadın keçmiş əri tərəfindən küçədə vəhşicəsinə döyülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərində baş verib.
Uşaqlarını atasına təhvil verməyə gedən Səbinə R. aralarında yaranan mübahisə zamanı keçmiş əri tərəfindən övladlarının gözü önündə, küçədə döyülüb. Məlumata görə, boşanandan sonra məhkəmə uşaqları atasının himayəsinə verib. Səbinəyə isə uşaqları 2 həftədən bir görməyə icazə verilib.
Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib. Nəticədə qadının keçmiş əri B.A.-ya electron qolbaq taxılıb.