Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzada yaralanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Rize rayonunun Bazar qəsəbəsində Qaradəniz Sahil yolunda baş verib.
Azərbaycanlı Z.E.-nin iri yük avtomobili TIR yağış səbəbilə yaranmış sürüşkən yolda idarəetmədən çıxaraq, başqa bir TIR-a çırpılıb. Nəticədə Z.E. xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Məlumata görə, qəzaya uğrayan TIR tikinti materialları daşıyırmış.
