Türkiyədə gizli miqrant daşıyan azərbaycanlı sürücü  saxlanıldı
06 noyabr 2025 17:47 (UTC +04:00)

Türkiyədə gizli miqrant daşıyan azərbaycanlı sürücü saxlanıldı

0

Türkiyədə qanunsuz miqrantları daşıyan azərbaycanlı sürücü saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Toqat rayonunun Erbaa qəsəbəsində qeydə alınıb.

Polis və miqrasiya idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı Azərbaycan dövlət qeydiyyat nişanlı yük avtomobili Rəcəb Tayyib Ərdoğan bulvarı səmtində saxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerində 11 qanunsuz miqrantın olduğu üzə çıxıb. Nəticədə maşının azərbaycanlı sürücüsü B.H. saxlanılıb.

Qanunsuz miqrantlar isə Türkiyədən deportasiya olunmaları üçün aidiyyəti quruma təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar