Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilən 40 yaşlı Nurəddin P. isə peşman olduğunu bildirib. Onun ölkədən çıxışına qadağa qoyulub və o, məhkəmə zalından sərbəst buraxılıb.
Məhkəmə müəyyən edib ki, Tamerlanın telefonu araşdırılarkən “Danny” adlı kontakt əslində Yunus T. imiş. Yunus T. isə Tamerlanın arvadı Günel G.-nin bank hesabına bu ilin yay aylarında bir neçə dəfə pul göndərib. Digər təqsirləndirilən Nurəddin P. peşman olduğunu və narkotik satmadığını deyib. O, narkotik aludəçisi olduğu üçün sərbəst buraxılmasını istəyib.