Türkiyədən Azərbaycana  dərman keçirilməsinin  qarşısı alınıb
27 noyabr 2023 09:58 (UTC +04:00)

Türkiyədən Azərbaycana dərman keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Lent.az-a DGK mətbuat və ictimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

"İdarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb", - məlumatda deyilir.

# 3192
avatar

Arzu Qurbanlı

Oxşar yazılar