Ucarda 56 yaşlı kişi dialezdə öldü
16 iyul 2026 11:07 (UTC +04:00)

Ucarda 56 yaşlı kişi dialezdə öldü

0

Ucar xəstəxanada ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, rayon sakini, 56 yaşlı dialez xəstəsi Nizami Hüseynov müalicə almaq məqsədi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə zamanı xəstəxanada ölüb.

Qeyd edək ki, Ucar rayonunda dialez xəstələrinin müalicəsi son  aylarda həyata keçirilir. Bu vaxta kimi xəstələr qonşu rayonlarda müalicə olunurdular.

Lent.az-ın sorğusuna TƏBİB-dən bildirildi ki, 15.07.2026-cı il tarixində 1970-ci il təvəllüdlü şəxs (kişi) hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib.

"Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub.

Pasiyent müayinə edildikdən sonra reanimasiya tədbirlərinə başlanılıb. Ambu vasitəsilə süni tənəffüs, ürəyin qapalı masajı və zəruri medikamentoz reanimasiya tədbirləri həyata keçirilib. Təxminən 30 dəqiqə ərzində göstərilən intensiv reanimasiya tədbirləri tətbiq olunub. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 14:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb". 

Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar