Vaqif Xaçaturyanın vəziyyəti açıqlandı - YENİLƏNİB
23 dekabr 2025 17:31 (UTC +04:00)

Vaqif Xaçaturyanın vəziyyəti açıqlandı - YENİLƏNİB

0

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb.

Lent.az-ın məlumatına görə, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri, TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov APA-ya deyib ki, 70 yaşlı kişi xəstə 23 dekabr 2025-ci il tarixində gecə saat 00:30-da Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödəmi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub.

Emil Qasımov bildirib ki, reanimasiya şöbəsində aparılan müalicə tədbirləri, o cümlədən dərman müalicəsi, maye balansının tənzimlənməsi və qeyri-invaziv süni tənəffüs dəstəyi nəticəsində müsbət dinamika müşahidə olunub.

“Hazırda xəstə kritik həyati təhlükə mərhələsindən çıxmış hesab olunur, lakin vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir. Reanimasiya şöbəsində intensiv nəzarət altında müalicəsi davam etdirilir”, – o qeyd edib.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

***

saat 16:24

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, hazırda məhkum olan 70 yaşlı Vaqif Xaçaturyanın səhhətində dekabrın 22-də pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar