Vüqar Səfərli
01 dekabr 2021 17:47 (UTC +04:00)

Vüqar Səfərli

Vüqar Səfərliyə qarşı daha bir MƏHKƏMƏ

Ləğv olunmuş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərliyə qarşı daha bir iddia qaldırılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Qaraşov Bayram Yusif oğlu V. Səfərliyə qarşı Xətai rayon Məhkəməsində mülki iddia ilə çıxış edib.

İşin məzmunu mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqədardır.

Məhkəmə işinə hakim Aygün Həsənova sədrlik edəcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və qeyriləri ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmədə təqsirli bilinirlər. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

# 2247
avatar

Mehman Nəbiyev

Oxşar yazılar