"Xankəndi" restoranı BAĞLANDI
04 aprel 2025 13:00 (UTC +04:00)

"Xankəndi" restoranı BAĞLANDI

Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləşən, fiziki şəxs Şirinov Elvin Eyvaz oğluna məxsus "Xankəndi" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata gör., yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.

Belə ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198

Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri  ilə bağlı tapşırıq verdi

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi

8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56