Xankəndidə ev almaq  istəyən qadının başına OYUN GƏLDİ
08 oktyabr 2025 18:36 (UTC +04:00)

Xankəndidə ev almaq istəyən qadının başına OYUN GƏLDİ

0

Xankəndi şəhərində işləmək və ev almaq istəyən şəxsə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, hər şey Goranboyda avtobus səfəri ilə başlayıb.

Rayon sakini olan qadın avtobusda digər qadın sərnişinlə söhbətləşərkən iş axtardığını və Xankəndiyə köçmək istədiyini deyib. Qadın da oğlunun həmin şəhərdə olduğunu və istədiklərini tapa biləcəyini deyib.

Bu yolla zərərçəkən qadın təqsirləndirilən şəxs 34 yaşlı Səddam Ələkbərovla tanış olub. Səddam Xankəndidə ev almaq, iş tapmaq, eləcə də ev üçün qadının və uşaqlarının sənədlərini düzəltməkdən ötrü ümumilikdə 8600 manat pul lazım olduğunu deyib. Qadın razılaşıb və heyvanlarını sataraq, həmin məbləği verib.

Zərərçəkənin sözlərinə görə, lakin sonradan Səddam onu aldadıb və işlərini düzəltməyib. O, təqsirləndirilən şəxslə barışmadığını, ona dəyən ziyanın yalnız 3000 manatının ödənildiyini bildirib.

Faktla bağlı Səddam Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.34-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.

Goranboy rayon Məhkəməsində hakim Taleh Mustafayevin sədrliyi ilə keçirilən prosesdə Səddam Ələkbərov barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar