Ələ keçirilən qanunsuz mallar
26 noyabr 2021 14:56 (UTC +04:00)

Ələ keçirilən qanunsuz mallar

Xaricdən gələn maşında külli miqdarda partlayıcı TAPILDI - VİDEO

Külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 iri həcimli qutuda - 10 384 ədəd fişəng, 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd "Prednizalon 5 mg" adlı həb, 66 flakon "Fosit 4 g" adlı dərman vasitələri aşkarlanıb.

Külli miqdarda partlayıcı maddə aşkarlandı

# 1437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar