17 yaşlı oğlanın mopedi yoxa çıxdı
16 iyul 2017 10:40 (UTC +04:00)

17 yaşlı oğlanın mopedi yoxa çıxdı

0

Bakıda 17 yaşlı oğlanın mopedi oğurlanıb. Lent.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Quluzadə Fərid Namiq oğlu gecə saatlarında 102-yə zəng edərək bildirib ki, Məhəmməd Hadi küçəsində - yaşadığı binanın qarşısında saxladığı “Yamaha” markalı moped naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun sözlərinə görə, iyulun 9-da mopedi həmin yerdə saxlayıb və bir neçə gün sonra ölkəyə qayıdarkən gecə saatlarında nəqliyyat vasitəsinin qaçırıldığını görüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar