Bu gün Saatlı rayonunda yanğın olub. Lent.az xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 200 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.