Qaxda 20 yaşlı oğlanı sahibsiz it dişləyib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Qax rayonu Əmbərçay kəndinin inzibati ərazisindəki fermada məskunlaşan məcburi köçkün ailəsinin övladı, 1998-ci il təvəllüdlü Vilayət Novruz oğlu Mikayılov it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, Vilayət Mikayılov küçədə sahibsiz itin hucumuna məruz qalıb. İt Vilayət Mikayılovun sol ayağından dişləyib. Vilayət Mikayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.