22 yaşlı qız dəm qazından zəhərləndi
10 yanvar 2018 20:20 (UTC +04:00)

22 yaşlı qız dəm qazından zəhərləndi

0

Goranboyda dəm qazından zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Səfikürd kənd sakini,  1995-ci il təvəllüdlü Həsənova Lalə dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, L.Həsənova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar