Abşeron rayonunda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 2-də rayon ərazisindəki evlərdən birindən 2000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rail Quliyev tutulub.
Araşdırma aparılır.