Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 2-ci Alatava küçəsində yerləşən fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Raul” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayıb. Lent.az xəbər verir ki, polis əməkdaşlarımüəyyən edib ki, obyektə gələn elektik kabeli kəsilib, eləcə də giriş qapısına quraşdırılmış jaluzun qıfılını sındırılıb. Dərhal hadisə yerində əməliyyatkeçirən polislər marketdən oğurluğa cəhd göstərən şəxsi qaçmaq istəyərkən yaxalayıb. 29-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Zeynalov Sənan Eldar oğlu olduğu müəyyən edilib.
Oxşar hadisə Gəncə şəhəri, Heydər Əliyev prospektində də qeydə alınıb. “Star Elektroniks” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayabn mühafizə polisi obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar edib və bu vaxt obyektin daxilində oğurluğa cəhd göstərən səxs qaçmaq istəyərkən polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb. Kəpəz RPİ-də aparılan araşdırmalar zamanı saxlanılan şəxsin, Lerik rayonunda anadan olmuş, Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Şəfiyev Əbdülmehman Taptıq oğlu olduğu məlum olub.