Ucarda dələduzluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ucar RPŞ-nin əməkdaşları tərəfindən cari il mayın 8-dən iyunun 19-dək olan müddətdə 2 nəfərə məxsus ümumilikdə 37.100 manat pulu və qızıl əşyaları dələduzluq yolu ilə onlardan almaqda şübhəli bilinən şəhər sakini Qadir Tağıyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.