Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki,
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər sakinləri olan 3 qadının mobil telefonları oğurlamaqda, habelə İlqar Mirzəyevə qarşı dələduzluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ağakişi Həsənov saxlanılıb.
Araşdırma aparılır.