Xaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.
9 iyul
Xaçmazın Müzəffəroba kəndinin sakini bədbəxt hadisənin qurbanı olub. Lent.az Report-a isyinadən xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.