Qəbələdə yanğın hadisəsi baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Əmirvan kəndində qeydə alınıb. Nəticədə vətəndaşlara məxsus ümumi sahəsi 1120 m2 olan talvar, altına yığılımış 600 ton ot bağlaması, 3 ədəd toxum təmizləyən aqreqat və yaxınlıqda ümumi sahəsi 120 m2 olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı yaşayış evləri və ot tayaları yanğından mühafizə olunub.
Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.