840 ədəd spirtli içki oğurladılar
16 fevral 2018 12:10 (UTC +04:00)

840 ədəd spirtli içki oğurladılar

0

Zərdabda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Turan Yusubovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayəti Zərdab şəhər sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətmələri müəyyən edilib. Görülmüş tədbirlərlə onlar saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il fevralın 13-də rayon ərazisindəki bir ərzaq anbarından 840 ədəd spirtli içki və bir çay evindən televizor, kompyuter və elektrik qızdırıcısı oğurlamaları da müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar