
Vilayət Eyvazovdan YENİ ƏMR: "102"-ə zəng vuranlar...
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir əmr imzalayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə «102» Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır.
Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır.
Oxşar yazılar

3 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb öldü
15 avqust 2025 , 23:53Yanğın törədənlər məsuliyyətə cəlb olundu
15 avqust 2025 , 20:43
Ermənilərin Zəngilana hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
15 avqust 2025 , 20:15
Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32