“VAZ”la “Shacman” toqquşdu - [b]İmişlidə[/b]
07 mart 2018 21:47 (UTC +04:00)

“VAZ”la “Shacman” toqquşdu - [b]İmişlidə[/b]

0

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına  görə, hadisə rayonu Xəlifəli kəndi ərazisində qeydə alınıb.

 

İmişli sakini, 1965-cı il təvəllüdlü Təhməzov Bulud oğlunun  idarə etdiyi  “VAZ” markalı avtomobil Sabirabad rayon sakini, 1968-ci il təvəllüdlü Qəhrəmanov Rəsul Hacıağa oğlunun idarə etdiyi “Shacman” yük maşın ilə toqquşub.

 

Qəza nəticəsində xəsarət alan sürücülər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı  araşdırma  aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar