“Mercedes”lə piyadanı vurub qaçan sürücü tutuldu
25 yanvar 2018 12:36 (UTC +04:00)

“Mercedes”lə piyadanı vurub qaçan sürücü tutuldu

0

Sumqayıtda yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.

 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar