“Nissan”dan 4400 manat oğurlayan şəxs ələ keçdi
30 oktyabr 2017 13:20 (UTC +04:00)

“Nissan”dan 4400 manat oğurlayan şəxs ələ keçdi

0

Abşeronda maşından xeyli pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon ərazisində “Nissan” markalı avtomobildən 4400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli İbrahimov tutulub.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar